Modern.az

“Əl-Qaidə”nin yeni liderinin qaranlıq dosyesi

“Əl-Qaidə”nin yeni liderinin qaranlıq dosyesi

Dünya

16 Fevral 2023, 09:44

Misir xüsusi təyinatlılarının keçmiş zabiti və ABŞ-ın başına 10 milyon dollar mükafat qoyduğu Seyf əl-Adel  “Əl-Qaidə”nin yeni lideri olub.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə BMT-nin yaydığı hesabatda qeyd olunub.

 

"Əl-Qaidə" terror təşkilatı 2011-ci ildə qurucusu Usama bin Ladenin öldürülməsindən bəri təşkilatın rəhbəri olan, keçən il Kabildə ABŞ-ın raket zərbəsi nəticəsində öldürüldüyü güman edilən Ayman əl-Zəvahirinin varisini hələ "rəsmi olaraq" təyin etməyib.

 

Adelə 1998-ci ilin noyabrında ABŞ-ın Tanzaniya və Keniyadakı səfirliklərinə qarşı törədilmiş, 224 mülki şəxsin ölümünə və 5000-dən çox insanın yaralanmasına səbəb olan bombalı hücumlarda roluna görə ABŞ tərəfindən rəsmi ittiham irəli sürülüb.

 

Afrikadakı əməliyyatlardan, təlim düşərgələrindən və 2002-ci ildə Pakistanda ABŞ-dan olan jurnalist Daniel Pörlün öldürülməsi ilə əlaqəsindən başqa, Adel haqqında çox az şey məlumdur. ABŞ Dövlət Departamenti isə Adelin İranda olduğunu bildirib. Məlumata görə, Afrikadakı partlayışlardan sonra Misir ordusunun keçmiş polkovnik-leytenantı İranın cənub-şərqinə köçüb və orada ölkənin İslam İnqilabı Keşikçiləri Korpusunun himayəsi altında yaşayır.

 

Belə informasiyalar da var ki, Adel uzun qanlı "karyerasına" 1981-ci ildə, sabiq Misir prezidenti Ənvər Sədatın qətlə yetirilməsində şübhəli bilinəndə başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər