Modern.az

Vüqar Səfərli: “Televiziya jurnalistlərinə də ev veriləcək”

Vüqar Səfərli: “Televiziya jurnalistlərinə də ev veriləcək”

Media

31 May 2013, 18:15

Televiziyada çalışan jurnalistlər də yazılı mediada çalışan qələm sahibləri kimi  Bibiheybətdə tikilən binadan mənzil ala biləcəklər. Modern.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli ANS TV-yə müsahibəsində bildirib.

V.Səfərlinin sözlərinə görə, jurnalistlər üçün tikilən 156 mənzilli binadan təkcə çap mətbuatının nümayəndələri deyil, eləcə də telekanallarda çalışan jurnalistlər də ev ala biləcəklər.

Maraqlıdır ki, Mətbuat Şurasının açıqladığı şərtlərdə telejurnalistlərlə bağlı bənd yoxdur.

Qeyd edək ki, Mətbuat Şurasının açıqladığı kriteriyaya əsasən, son 3 ildə mütəmadi olaraq yayımlanan KİV (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) həmin redaksiyada  3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilər.

Gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd müəyyənləşdirə bilər.

Xatırladaq ki, jurnalistlərə mənzillərin 22 iyul mətbuat günündə veriləcəyi gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi