Modern.az

Attestasiya qaydalarına dəyişiklik edildi

Attestasiya qaydalarına dəyişiklik edildi

Təhsil

31 May 2013, 18:25

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, biliyin yekun qiymətləndirilməsinin (attestasiya) həyata keçirilməsinin müvəqqəti qaydalarına bəzi dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən buraxılış imtahanında əldə etdiyi nəticədən asılı olmayaraq buraxılış imtahanına buraxılan bütün təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılacaq. Buraxılış imtahanında üzrsüz səbəbdən iştirak etməyən şagirdin buraxılış imtahanının qiyməti kimi 2 qiyməti götürüləcək. Eyni qayda ümumi orta və tam  orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında 2 qiymət alan təhsilalanlara tətbiq ediləcək.

Digər dəyişikliyə əsasən tədris ingilis və ya gürcü dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanını  yalnız riyaziyyat fənnindən verirlər. Onlara tədris dilində 30 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 45 dəqiqədir.

Sağlamlıq imkanları məhdud təhsialanlar psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə buraxılış imtahanından azad edilirlər. Oların bütün fənlər üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) illik qiymətlər əsasında aparılır.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama