Modern.az

Magistraturaya qəbul planı təsdiq edildi

Magistraturaya qəbul planı təsdiq edildi

Təhsil

31 May 2013, 18:30

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün qəbul planı təsdiq edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az saytılna verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün qəbul planı təsdiq edilib.
Qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı 1616 – dır.
Qəbul planı əvvəlki tədris ili ilə müqayisədə 12.84% artıb. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılan plan yerləri, dövlət sifarişinin proqnozu “Magistr” xüsusi buraxılışının 4-cü sayında dərc olunacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama