Qarabağdakı sülhməramlılar növbəti dəfə Rusiya vətəndaşlarını ərazidən çıxarıblar.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, 50 Rusiya vətəndaşı Laçın dəhlizi vasitəsilə Qarabağdan Ermənistana aparılıb.
Bildirilib ki, onların arasında 8 uşaq da olub. Rusiya vətəndaşlarının Qarabağa nə zaman gəldiyi məlum deyil.
Qeyd edək ki, bundan əvvəl 100 Rusiya vətəndaşının da Qarabağdan Ermənistana daşındığı barədə məlumat yayılmışdı.