AŞPA həmməruzəçiləri faktaraşdırıcı missiya ilə Ermənistana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə AŞPA-nın rəsmi saytında məlumat verilib.
Bildirilib ki, Finlandiyanı təmsil edən Kimmo Kilyunen və isveçli Borianna Aberq fevralın 17-dən 20-dək Ermənistanda olacaqlar.
Hələlik səfərin detalları açıqlanmayıb.