Modern.az

Rusiyanın növbəti hücumlarına hazırıq - Danilov

Rusiyanın növbəti hücumlarına hazırıq - Danilov

Dünya

16 Fevral 2023, 12:16

"Rusiya 23-24 fevralda növbəti raket hücumu edə bilər, amma biz hazırıq".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

 

"Biz buna hazırıq. Düşünürəm ki, bir gündə 115-120 raket "aldıqdan" sonra hücumların nə olduğunu artıq başa düşürük. Bunun öhdəsindən gələcəyik. Bəli, çətin olacaq, amma öhdəsindən gələcəyik", - deyə o bildirib.

 

O, əmin olduğunu ifadə edib ki, yaya qədər cəbhədəki vəziyyət indikindən köklü şəkildə fərqlənəcək. Danilovun fikrincə, amillərdən biri də odur ki, qarşı tərəfdə nə üçün vuruşduqlarını bilmirlər, Ukrayna isə düşmənlə koordinasiyalı şəkildə nə etdiyini bilir və mübarizə aparır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər