Modern.az

Türkiyə ilə sərhəddəki körpünün bərpa layihəsi hazırdır - Paşinyan

Türkiyə ilə sərhəddəki körpünün bərpa layihəsi hazırdır - Paşinyan

Dünya

16 Fevral 2023, 12:22

"Artıq Ermənistan-Türkiyə sərhədində yerləşən körpüsünün bərpasının ilkin layihə variantı hazırdır".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

 

"Ermənistan tərəfi bunu çoxdan hazırlayıb və körpünün bərpası simvolik addım ola bilər", - deyə Paşinyan əlavə edib.

 

O, həmçinin qeyd edib ki, zəlzələdən sonra İrəvanın Türkiyəyə humanitar yardım göstərməsi iki ölkə arasında münasibətlərin qurulması üçün başlanğıc nöqtəsi ola bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər