Modern.az

Seçkiləri müzakirə etməyə vaxt yoxdur - AKP rəsmisi

Seçkiləri müzakirə etməyə vaxt yoxdur - AKP rəsmisi

Dünya

16 Fevral 2023, 13:08

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasını (AKP) parlamentdə təmsil etmiş sabiq deputat, partiyanın mərkəzi idarəetmə qurumunun üzvü Orhan Mirioğlu zəlzələyə görə seçkilərin ertələnməsi müzakirələrini şərh edib.

 

Modern.az xəbər verir ki, siyasətçi bu barədə "RİA Novosti"yə açıqlamasında danışıb.

 

O bildirib ki, Türkiyənin hakim partiyası may ayına təyin edilmiş seçkilərin 1-2 ay təxirə salınmasını müzakirə edə bilər.

 

"Amma indi bunun zamanı deyil və hazırda buna vaxt yoxdur", - deyə Mirioğlu əlavə edib.

 

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələdən sonra 14 mayda keçirilməsi gözlənilən seçkilərin ertələnməsi müzakirə edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər