Modern.az

17 yaşlı qız zəlzələdən 11 gün sonra xilas edildi - VİDEO

17 yaşlı qız zəlzələdən 11 gün sonra xilas edildi - VİDEO

Dünya

16 Fevral 2023, 13:21

Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş zəlzələ zamanı dağıntılar altında qalan daha bir nəfər xilas edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Bildirilir ki, zəlzələnin 248-ci saatında gənc qız yaşayış binasının dağıntıları altından sağ çıxarılıb. 17 yaşlı Aleyna Ölmezə ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Təbii fəlakət zamanı 36 mindən çox insan həyatını itirib.

 

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər