Modern.az

Medvedçuk Kremlə "Koreya variantı" təklif edəcək - Danilov

Medvedçuk Kremlə

Dünya

16 Fevral 2023, 15:24

"Medvedçuk Kremlə Ukraynanın bölünməsinin "Koreya versiyasını" təklif edəcək".

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov BBC-yə müsahibəsində bildirib. 

 

"Rusiya Federasiyası əvvəlcə Krıma quru dəhlizi ilə birlikdə bütün Donetsk və Luqansk vilayətlərini işğal etməyə çalışacaq, sonra isə bu ideyanı həyata keçirməyə çalışacaq. Ukraynanın Şimali və Cənubi Koreya prinsipinə görə bölünməsi, burada şimalın işğal olunmuş ərazilərindən söhbət gedir.

 

Danilovun sözlərinə görə, bu planın həyata keçirilməsində Medvedçuk (Əsir mübadiləsi prosesi zamanı Moskvaya təhvil verilmiş Rusiyayönümlü ukraynalı siyasətçi Viktor Medvedçuk nəzərdə tutulur - red.), həmçinin müxalifətin Həyat Naminə Platformasının digər deputatları, onlara xidmət edən digər siyasi texnoloqlar və Yanukoviçlə (Ukraynanın Rusiyayönümlü sabiq prezidenti Viktor Yanukoviç nəzərdə tutulur - red.) əlaqəli nümayəndələr iştirak edəcək.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər