Modern.az

Zəlzələ bölgəsində 60 mindən çox bina söküləcək

Zəlzələ bölgəsində 60 mindən çox bina söküləcək

Dünya

16 Fevral 2023, 17:16

Türkiyənin zəlzələnin təsir etdiyi bölgələrində 61 722 bina yaşayış üçün tamamilə yararsız hesab edilib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi məlumat yayıb.

 

Tamamilə yarasız hesab edilən binaların hamısı söküləcək. Araşdırmalar nəticəsində məlum olub ki, 13 917 bina orta dərəcədə zədələnib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Təbii fəlakət zamanı 36 mindən çox insan həyatını itirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər