Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Moldova ərazisinə düşüb.
Modern.az xəbər verir ki, bu barədə Moldovanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik Briçeni bölgəsində tapılan raket qalıqlarının fotosunu dərc edib. Bildirilib ki, raketin qalıqları Sərhəd Polisinin patrulu tərəfindən aşkar edilib.
Məlumatda qeyd olunub ki, bu, Ukraynada müharibənin başlamasından bəri Moldova Respublikası ərazisinə düşdən dördüncü raketdir.
Akif İsmayılov