Modern.az

Ukraynaya İsrailə hərbi ehtiyaclar siyahısı verib - Kuleba

Ukraynaya İsrailə hərbi ehtiyaclar siyahısı verib - Kuleba

Dünya

16 Fevral 2023, 17:58

Ukrayna İsrail hökumətinə hərbi ehtiyaclarının siyahısını, o cümlədən Ukrayna səmasının qorunmasında yardım sahəsində zəruri ləvazimatların siyasını təqdim edib.

 

Modern.az "RBK Ukraine"a istinadən xəbər verir ki, bu barədə israilli həmkarı ilə birgə mətbuat konfransı keçirən Ukrayna XİN başçısı Dmitri Kuleba danışıb.

 

"Bu gün biz təkcə humanitar yardımdan deyil, həm də İsrailin Ukraynaya dəstək vermək üçün istifadə edə biləcəyi başqa şeylərdən danışdıq. İsrail bizim hərbi ehtiyaclar siyahısından çox xəbərdardır. Biz müvafiq qərarları gözləyirik. Söhbət Ukrayna səmasının qorunmasından gedir”, - Kuleba bildirib.

 

O, həmçinin əlavə edib ki, Ukrayna və İsrailin “bu gün, sabah və həmişə” yan-yana dura bilməməsi üçün heç bir obyektiv səbəb yoxdur.

 

Qeyd edək ki, İsrailin XİN başçısı Eli Kohen Kiyevdədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər