ABŞ Prezidenti Co Baydenin Avropaya səfəri yalnız Polşa ilə məhdudlaşacaq.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat yayıb.
O bildirib ki, Bayden Ukrayna da daxil olmaqla, hər hansı başqa bir ölkəyə getməyəcək.
Bundan əlavə, Ağ Ev Baydenin Ukrayna lideri Volodimir Zelenski ilə görüşü barədə heç bir məlumat verməyib.
Akif İsmayılov