Modern.az

Bu ölkə Rusiyanı “terrorçu dövlət” kimi TANIDI

Bu ölkə Rusiyanı “terrorçu dövlət” kimi TANIDI

Dünya

16 Fevral 2023, 20:21

Slovakiya parlamenti Rusiyanın Ukraynada apardığı müharibəni pisləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Slovakiya parlamentinin saytında məlumat verilib.

 

Bildirilib ki, deputatlar Rusiya siyasi rejiminin terrorçu, Rusiyanın isə terrorçuluğu dəstəkləyən dövlət kimi tanınması barədə qərar qəbul ediblər.

 

İclas zamanı deputatlar həmçinin vurğulayıblar ki, onlar Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya qoşulmasını tanımırlar. Parlament Ukraynada Rusiyanın “cinayətləri” üzrə xüsusi tribunalın yaradılmasını dəstəkləyib.

 

Deputatlar hesab edirlər ki, Rusiya Slovakiya ərazisində “hibrid müharibəsi” aparır. Bununla bağlı parlament hüquq-mühafizə orqanlarını “Slovakiyada təhlükəsizliyin və demokratiyanın qorunması üçün” tədbirlər görməyə çağırıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər