Modern.az

İsrail XİN başçısı Zelenski ilə İranı müzakirə etdi

İsrail XİN başçısı Zelenski ilə İranı müzakirə etdi

Dünya

16 Fevral 2023, 21:43

Fevralın 16-da Ukrayna prezidenti Volodimir Zelenski İsrailin xarici işlər naziri Eli Koen ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin Ukraynadakı səfiri Mixailo Brodski "Tvitter" səhifəsində məlumat yayıb. O, görüşün nəticəsinin müsbət olduğunu bildirib.

 

İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər İranın Ukraynadakı terror fəaliyyətinin pratiki addımlar tələb etdiyini vurğulayıb və bununla bağlı razılığa gəliblər.

 

Xatırladaq ki, Koen Ukrayna prezidenti ilə görüşdən əvvəl xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb və Ukrayna üçün sülh formulunu müzakirə edib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər