Türkiyənin Hatay bölgəsindən 8,8 kilometr məsafədə Aralıq dənizində 5,1 gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanların dərinliyi 10,77 kilometr olub. Zəlzələ Suriya və Livanda da hiss edilib.