"90 dəqiqə tempi aşağı salmayan rəqibə qarşı oynadıq və futbolçularım bunu əvvəldən başa düşmüşdülər".
Modern.az xəbər verir ki, bunu UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Belçikanın “Gent” klubunu 1:0 hesabı ilə məğlub edən “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “CBC Sport”a açıqlamasında deyib.
Baş məşqçi qeyd edib ki, bu, həm nəticə baxımından, həm mübarizə baxımından gələcək üçün çox vacib oyun olub. O, həmçinin bildirib ki, səfərdə daha cəsarətli və dinamik oynamaq lazımdır, yoxsa bu rəqib bizi bağışlamaz.