Modern.az

Türkiyənin fəlakət zonasında yenidən ZƏLZƏLƏ oldu

Türkiyənin fəlakət zonasında yenidən ZƏLZƏLƏ oldu

Hadisə

17 Fevral 2023, 07:28

Fevralın 17-də Bakı vaxtı ilə saat 03:11-dən 04:49-dək Türkiyənin Malatya, Elazığ və Kahramanmaraş şəhərlərində zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Bildirilib ki, maqnitudası 4-4.8 diapazonunda dəyişən zəlzələlərin ən güclüsü Elazığın Karakoçan rayonunda baş verib. Belə ki, ocağı 11,78 km dərinlikdə qeydə alınan yeraltı təkanlar Bakı vaxtı ilə saat 04:35-də meydana gəlib.

 

Eyni zamanda, fevralın 6-da fəlakətə yol açan zəlzələ ilə gündəmə gələn Kahramanmaraşın Pazarcık rayonunda da titrəmələr olub. Bakı vaxtı ilə 04:49-da qeydə alınan zəlzələnin ocağı 6,6 km dərinlikdə olub.

 

Dağıntılar və tələfat barədə məlumat verilməyib.

 

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!