Modern.az

Bakı-Quba yolunda ağır qəza - Ölü sayı artdı - YENİLƏNİB

Bakı-Quba yolunda ağır qəza - Ölü sayı artdı - YENİLƏNİB

Hadisə

17 Fevral 2023, 09:16

Son məlumatlara görə, qəza nəticəsində yaralanan şəxslərdən biri xəstəxanada dünyasını dəyişib. Bununla da ölü sayı 3 nəfər çatıb.

 

***

Bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu kilometrliyində Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə Modern.az-a DİN-dən məlumat verilib.

 

Bildirilib ki, "Mercedes Vito" markalı 77-CY-723 dövlət nömrə nişanlı mikroavtobus Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

 

Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

08:55

Bu gün səhər saatlarında Bakı-Quba yolunda ağır qəza olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, magistralın Siyəzən rayonundan keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobusla “Opel” markalı minik avtomobili toqquşub. 

 

İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, daha 7 nəfər isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!