Modern.az

İstəsələr Milli Şuranı beşiyində boğarlar! İstəsələr?!

İstəsələr Milli Şuranı beşiyində boğarlar! İstəsələr?!

Təhsil

1 İyun 2013, 11:49

“Xalq Cəbhəsinin tüğyan edən vaxtları idi. Sovet rejiminin “Parçala, hökm sür!” siyasəti isə hələ də qalmaqda. Təşkilatı məhv etmək üçün əvvəl parçalamaq lazım idi. Xalqın əksəriyyəti  isə həqiqətən də Xalq Cəbhəsinə rəğbət bəslədiyindən parçalamaq mümkün olmurdu. Amma cəhd edirdilər. Belə cəhdlərdən biri də “Qarabağa Xalq Yardımı Komitəsi”nin yaradılması olur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Əbdürrəhman Vəzirov, Nazirlər Kabinetinin sədri Ayaz Mütəllibov və digər başbilənlərin rəyi ilə Komitənin sədri vəzifəsi Xalq yazıçısı İsmayıl Şıxlıya təklif olunur. O isə imtina edir. Ondan “kimi bu vəzifədə görürsünüz” deyə soruşurlar, cavabı yek olur: “Bayram Bayramov. Qarabağlıdır. O zonanı da çox gözəl tanıyır. O yerlərdə də böyük hörməti var””.

Bu sitat  mənim “Heydər Əliyevin həyatında Bayram Bayramov çevrilişi” məqaləmdəndir.  Milli Şura elan olunduqdan sonra nədənsə bir də yadıma düşdü. Bir az da geriyə – Sovet dövrünə  ekskurs etdim. O vaxtlar Xalq Nəzarəti Komitəsi var idi. O qurum da yadıma düşdü. Nəsə axır vaxtlar yaddaşımı çox qurdalayıram. Sanki üstünə naftalin tökülmüş, nənəmin köhnə paltarlarından ibarət şifonerəm. Öz-özümə fikirləşirəm ki, yeni bir söz demək lazımdır, Mahir, yeni söz. Bu dəfə tarixə yox internetə ekskurs etmək fikrinə düşürəm. Bir xəbər diqqətimi cəlb edir. Bu xəbər də köhnə çıxır. Çox da köhnə deyil. 8 oktyabr 2009-cu ildə APA yayıb.

Bu fikirlər mənim  yox, alimlərimizindir. Səhv etmirəmsə Kamil Səlimov da müxalifətçi deyil.

(//az.apa.az/xeber_%E2%80%9CAzerbaycan_Respublikasinin_Ictimai_Nezaret__165538.html)

“İnsan hüquqlarına dair beynəlxalq standartların təsbiti üzrə birgə işçi qrupun hazırladığı “Azərbaycan Respublikasının İctimai Nəzarət Komitəsi haqqında” qanun layihəsinin müzakirəsinə həsr olunan dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə hüquqşünaslar, QHT rəhbərləri iştirak edib. İşçi qrupun rəhbəri Kamil Səlimov bildirib ki, qanun layihəsi artıq parlamentə təqdim olunub. Məmurların yol verdikləri qanun pozuntuları ilə bağlı vətəndaşların aidiyyəti qurumlara etdiyi müraciətlərin əksər hallarda nəticəsiz qaldığını bildirən K. Səlimov hesab edir ki, bu səbəblə İctimai Nəzarət Komitəsinin yaradılması zərurəti ortaya çıxıb. O, hazırlanmış layihədə komitənin dövlət nəzarəti ilə ictimai nəzarətin uzlaşdırılması, komitənin fəaliyyətinin qanunçuluq, kollegiallıq və aşkarlıq prinsiplərinə əsaslanmasının nəzərdə tutulduğunu qeyd edib. K. Səlimov bir sıra hallarda dövlət qurumlarına edilən şikayətlərə verilən cavabların formal xarakter daşıdığını vurğulayıb.”

İndi özünüz nəticə çıxarın. Hansı güclü  səslənir: “Milli Şüra” , yoxsa  Azərbaycan Respublikasının İctimai Nəzarət Komitəsi. Lap  adın Xalq Nəzarəti Komitəsi də qoymaq  olar. Artıq sınaqdan üzüağ çıxmış “ASAN” xidmətin böyük qardaşı kimi.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama