28 May-Respublika günündə elan olunan Demokratik Qüvvələrin Milli Şurasının bəyannaməsi və siyahısı tam hazıdır. Bu barədə Modern.az-a Milli Şura ideyasının təşəbbüslarından olan “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev bildirib.
Ötən gün Eldar Namazovla danışdığını deyən E.Quliyev bildirib ki, çox güman ki, Milli Şuranın siyahısı gələn həftə elan olunacaq.
“Milli Şuranın bəyannaməsi və siyahısı artıq tam hazırdır. Yaxın günlərdə biz bu haqda mətbuatda elan edəcəyik. Çox güman ki, Milli Şuranın tərkibi gələn həftə elan olunacaq”-deyə bildirən E.Quliyev siyahıda 100-ə qədərin şəxsin adının olduğunu vurğulayıb.
“El” rəsmisi daha sonra bir neçə siyasi partiyanın yenicə Milli Şuraya qoşulması haqda yayılan xəbərlərə münasibət bildirərək bu haqda eşitmədiyini qeyd edib.
Xatırladaq ki, ideya müəllifi kinodramaturq Rüstəm İbrahimbəyova məxsus olan Milli Şura 28 May –Respublika günündə elan olunub.
Anar RÜSTƏMOV