Milli Məclisin deputatı Rüstəm Xəlilovun bu gün ad günüdür. Modern.az saytının məlumatına görə, onun 55 yaşı tamam olub.
Rüstəm Gülbaba oğlu Xəlilov 1958-ci il iyunun 1-də anadan olub.
64 saylı Sabirabad ikinci seçki dairəsini Milli Məclisdə təmsil edən R.Xəlilov artıq ikinci beşillikdir ki, deputat mandatı daşıyır. Belə ki, Rüstəm Xəlilov əvvəlcə 2005-2010-cu illərdə 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputat olub.
2010-ci ilin noyabrında o, təkrar olaraq bu dairədən millət vəkili seçilib.
R.Xəlilov hazırda parlamentin Regional məsələlər komitəsinin üzvüdür. O, həm də hakim Yeni Azərbaycan Partiyasını təmsil edir.
Modern.az