Modern.az

Qəzaya düşənlər müəllimlərdir: İkisi ölüb, 5-i yaralanıb

Qəzaya düşənlər müəllimlərdir: İkisi ölüb, 5-i yaralanıb

Hadisə

17 Fevral 2023, 12:46

Bu gün səhər saatlarında Siyəzən rayonunun Məşrif, Dağquşçu və Qozağacı kənd məktəblərində işləyən 7 müəllim qəzaya düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

 

Məlumata görə, onlardan 2 nəfəri hadisə yerində dünyasını dəyişib. Digər 5 müəllim isə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib:

 

"Qəza nəticəsində dünyasını dəyişən Siyəzən rayonu Məşrif kənd tam orta məktəbinin müəllimləri – Aygün İsmayılova və Aygün Vəliyevanın vəfatından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət etsin! Yaralı müəllimlərimizə isə şəfa diləyirik!" - məlumatda qeyd edilib.

Bu xəbər ilə bağlı
Bakı-Quba yolunda ağır qəza - Ölü sayı artdı - YENİLƏNİB
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!