Modern.az

Rusiyanın 21,5 milyard dollarlıq aktivi dondurulub

Rusiyanın 21,5 milyard dollarlıq aktivi dondurulub

17 Fevral 2023, 15:30

Avropa İttifaqı (Aİ) səlahiyyətliləri Rusiyanın sanksiya tətbiq olunan fiziki və hüquqi şəxslərinin 21,5 milyard dollarlıq aktivlərini dondurub.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın ədliyyə komissarı Didye Reynders bildirib.

 

Avropa İttifaqı dondurulmuş vəsaitlərin Ukraynaya köçürülməsinin yollarını axtarır. Fevralın 15-də Avropa İttifaqı Ukraynanın yenidən qurulmasına dəstək vermək məqsədilə Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi üçün işçi qrupunun yaradıldığını elan edib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi