
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov 12 iyun 2013-cü il tarixində saat 10:00-da Ağcabədi şəhərində yerləşən Qarabağ Muğam Mərkəzində (Faiq Əli-zadə küçəsi 16) Ağcabədi, Beyləqan, İmişli, Zərdab, Tərtər, Bərdə, Laçın və Xocavənd rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidməti
Modern.az vasitəsilə bildirib ki, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün
[email protected] elektron poçt ünvanı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Ağcabədi Şəhər İcra Nümayəndəliyi ilə əlaqə saxlamaları (ünvan: Ağcabədi şəhəri, Faiq Əli-zadə küçəsi 19, əlaqə tel: 021-27-5-02-24, 050-522-85-13, 050-579-74-79, 070-579-74-79 ) xahiş olunur.