BMT-nin “Sivilizasiyalararsı Alyans” Təşkilatı Vətəndaş Cəmiyyəti qurumlarının Bakıda Forumunun keçirlməsini təklif edib. Təklif Azərbyacanda keçirilən ikinci Mədəniyyətlərarası Dialoq Forumu “Sivilizasiyalararası Alyans” Təşkilatı tərəfindən “Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” mövzusunda keçirilmiş sessiya zamanı irəli sürülüb.
Sessiyada çıxış edən Qlobal Dialoq Fondunun icraçı direktoru Pyotr Gorgiyevski bildirib ki, “Mərkəzi Asiyadan Mərkəzi Avropaya körpülərin qurulması” adlı yeni regional təşəbbüsə başlanılıb. Cənubi Qafqaz və Azərbaycan bu regional təşəbbüsün reallaşmasında mühüm rol oynayacaq.