
İstanbulda Taksim meydanın arxasındakı Gəzi parkında ağacların kəsilməsinə etiraz edən milyonlarla insanla polis arasında gərginlik artıq 30 saatdır davam edir. Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, gecə boyu İstiqlal küçəsində polislə aksiyaçılar arasında gərginlik davam edib. Milyonlarla insan səhər saatlarında Kadıköydə toplaşıb, Boğazı keçərək Taksimə doğru yürüş edib. Belə ki, səhər saatlarında Kadıköydən Taksimə getmək istəyən qrupa polis Beşiktaşda müdaxilə edilib. Saat 11:00-da polis yenidən qaz bombası və təzyiqli su ilə Taksim Meydanında aksiyaçılara müdaxilə edib.
Gecə İstiqalal küçəsi ilə birlikdə qarşıdırumaların ən sıx yaşandığı Hərbiyə Cümhuriyyət küçəsi isə səhər xarabalıq kimi görünürdü. Ankarada da parlament ətrafında toplayaşan aksiyaçılara bibər qazı və təzyiqli su ilə müdaxilə edilib.
Türkiyənin “Hürriyət” qəzeti yazır ki, səhər saatlarında aksiyaçılar İqtiqlal küçəsindəki Fransanın İstanbuldakı Baş konsulluğunun qarşısında toplandığı üçün polis Taksim meydanına girişi bağlayıb. Aksiyaçılar da polis maşınlarının onlara yaxınlaşmaması üçün barikada qurublar. Taksim meydanına yürüyüşə keçən aksiyaçılara posli bibər qazı və su şırnakları ilə müdaxilə edib. Bəzi nümayişçilər isə bunun qarşılığında polisə daş atıblar.
Hadisəyə hökümət səviyyəsində də münasibət bildirilib. Baş nazirin müavini və hökümət sözcüsü Bülənt Arınç bildirib ki, Daxili İşlər Nazirliyi hadisə zamanı şiddətdən istifadə edilib-edilmədiyini, səmimi insanlara zərər verilib-verilmədiyini araşdırır.
”Dünənə gəlincə, Istanbul 6-cı İdarə Məhkəməsi tez zamanda orada tikinti işlərinin dayandırması qərarı verib. Hesab edirəm ki, məhkəmənin qərarı doğru və dəqiqdir. İdarə məhkəmə qərarına riayyət etməlidir və ən azından burada nə tikiləcək, nələr etmək istəyirlərsə bu haqda cəmiyyətə ətraflı məlumat verilməlidir”.
Aytən Əliyeva