Modern.az

Çevik Polis Alayına işçi axtarılır - həm kişilər, həm qadınlar

Çevik Polis Alayına işçi axtarılır - həm kişilər, həm qadınlar

Təhsil

1 İyun 2013, 17:38


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqədə iştirak etmək üçün «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnaməyə uyğun olaraq  Azərbaycan Respublikasının vətəndaşı olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetrdən hündür kişilər və 170 santimetrdən hündür qadınları dəvət edir.

DIN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Müsabiqə test imtahanı və müsahibə olmaqla 2 mərhələdə keçiriləcəkdir.

Xidmətə qəbul olunmaq istəyən şəxslər 2013-cü ilin iyun ayının 15-dək iş günləri saat 10-dan 17-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 69 c ünvanına ərizə ilə müraciət edə bilərlər. Əlavə məlumat almaq üçün Daxili İşlər Nazirliyinin Çevik Polis Alayına və Baş Kadrlar İdarəsinə 590-96-50, 590-93-27 nömrəli telefonlarla müraciət etmək olar.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama