Modern.az

Futbolçu zəlzələdə həyatını itirdi

Futbolçu zəlzələdə həyatını itirdi

18 Fevral 2023, 10:25

Türkiyədə baş vermiş zəlzələ zamanı qanalı futbolçu Kristian Atsu həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə onun meneceri Murat Uzunmehmet məlumat verib. 

 

"Hatayspor” klubunun futbolçusunun cansız bədəni 12 gündən sonra dağıntılar altından çıxarılıb.

 

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində 40 minə yaxın insan dünyasını dəyişib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək