Modern.az

Türkiyə daxili işlər naziri: “İğtişaşlar zamanı 939 nəfər saxlanılıb”

Türkiyə daxili işlər naziri: “İğtişaşlar zamanı 939 nəfər saxlanılıb”

Təhsil

2 İyun 2013, 12:06

 

48 ilde 90 gösteri 939 gözaltı

İstanbulun mərkəzi Taksim meydanı və ətraf ərazilərdə gərginlik davam edir. Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Taksimdəki Gəzinti Parkının söküntüsü ilə başlayan və artıq AKP hökumətinin istefası tələb edilən etiraz aksiyaları Türkiyənin digər şəhərlərində də keçirilməkdədir.
Türkiyə daxili işlər naziri Müəmmər Gülər bu gün səhər mediaya açıqlamasında bildirib ki, iğtişaşlar zamanı 939 nəfər saxlanılıb, 79 nəfər yaralanıb. Yralananlardan 26-sı polis əməkdaşı, 53-ü vətəndaşdır.
Müəmmər Gülər hazırda Taksimdə etirazların davam etdiyini, polisin olaya müdaxilə etmədiyini qeyd edib.

 Modern.az

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama