Modern.az

İstanbulda etirazlar dalğası və gərginlik davam edir - FOTOLAR

İstanbulda etirazlar dalğası və gərginlik davam edir - FOTOLAR

3 İyun 2013, 10:14

İstanbulun mərkəzi Taksim meydanı və ətraf ərazilərdə gərginlik davam edir. Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Taksimdəki Gəzinti Parkının söküntüsü ilə başlayan və artıq AKP hökumətinin istefası tələb edilən etiraz aksiyaları Türkiyənin digər şəhərlərində də keçirilməkdədir.
Ötən gecəni Taksimdə keçirən eylemçilər (etirazçılar) meydan ətrafındakı polis barrikadalarını dağıtmağa cəhd göstəriblər. Beşiktaş və Dolmabahçedə qarşıdurmalar səhərin ilk işıqlarına qədər sürüb. Barbaros bulvarından enənlər Beşiktaşda polis barrikadasını aşmağa çalışarkən, “İnönü“ stadionu ətrafından Dolmabahçeyə doğru gedənlər də polis maneəsiylə qarşılaşıblar.
Polisin etirazçı qruplara bibər qazı və təzyiqli su şırnağı ilə müdaxilə etməsinin qarşılığında bəzi aksiyaçılar asayiş keşikçilərinə daş atıblar.

 












Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI