Modern.az

Cüdoçularımız “Böyük dəbilqə”ni 4 medalla başa vurdu

Cüdoçularımız “Böyük dəbilqə”ni 4 medalla başa vurdu

18 Fevral 2023, 23:17

İsrailin Təl-Əviv şəhərində keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan milli yığma komandası 7 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunub.

 

Modern.az xəbər verir ki, cüdoçularımız turnirdə 1 qızıl, 2 gümüş, 1 bürünc medal əldə ediblər.

 

Yarışın ilk günündə -66 kiloqram çəkidə mübarizə aparan cüdoçu Orxan Səfərov gümüş medal əldə edib.

 

Turnirin sonuncu günündə -90 kiloqram çəkidə Məmmədəli Mehdiyev bürünc medal, -100 kiloqram çəkidə Zelim Kotsoyev qızıl medal, +100 kiloqram çəkidə Uşanqi Kokauri isə gümüş medal əldə edib.

 

Azərbaycan medal əyarına görə ümumi hesabda 5-ci yeri, kişilər arasında isə 2-ci yeri tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək