Modern.az

Cəlilabadda 20 yaşlı oğlan bıçaqlandı

Cəlilabadda 20 yaşlı oğlan bıçaqlandı

Hadisə

19 Fevral 2023, 09:33

Fevralın 18-də saat 21 radələrində Cəlilabad rayonu ərazisində rayon sakini 2003-cü il təvəllüdlü Kənan İsmayılova bıçaq xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, aparılan araşdırmalar nəticəsində, cinayət əməlinin 2000-ci il təvəllüdlü Əkbər Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

 

K.İsmayılov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

 

Polis əməkdaşları tərəfindən Ə.Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

 

Araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!