Modern.az

Ər məmur arvadını bu səbəbdən öldürüb - YENİLƏNİB

Ər məmur arvadını bu səbəbdən öldürüb - YENİLƏNİB

Hadisə

19 Fevral 2023, 13:04

Tərtərdə baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, 32 yaşlı Namiq Allahverdiyev 44 yaşlı Asəf Məmmədovun evində bənna kimi çalışıb.

 

Asəf Məmmədov həyat yoldaşı 42 yaşlı Gülnar Məmmədovanı və Namiq Allahverdiyevi evində öldürüb.

 

Asəf Məmmədov ilkin dindirmə zamanı evində həyat yoldaşının xəyanətinin şahidi olduğunu və hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

 

Qeyd edək ki, əri tərəfindən öldürülən Gülnar Məmmədova Tərtər rayon icra hakimiyyətinin İqtisadiyyat şöbəsində baş məsləhətçi vəzifəsində çalışırmış.

 

***

Bu gün səhər saatlarında Tərtərdə rayon sakinləri  1981-ci il təvəllüdlü Gülnar Məmmədova və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyev qətlə yetirilib.

 

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi olub. 

 

Namiq Allahverdiyevin cütlüyün evində usta işlədiyi bildirilir.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İbtidai istintaq davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!