Modern.az

Zəlzələ dağı ikiyə böldü - FOTO

Zəlzələ dağı ikiyə böldü - FOTO

Dünya

19 Fevral 2023, 22:01

Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələ nəticəsində dağ iki hissəyə bölünüb.

 

Modern.az xəbər verir ki, yeraltı təkanlar "Maral qayası" kimi tanınan Ağtəpədəki dağı parçalayıb.

 

Vətəndaşlar gördükləri mənzərəni lentə alaraq, sosial şəbəkələrdə paylaşıblar. 

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Zəlzələ nəticəsində 41 mindən çox insan həyatını itirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər