Modern.az

Azərbaycanlı jurnalist İstanbulda yaralandı - FOTO

Azərbaycanlı jurnalist İstanbulda yaralandı - FOTO

Media

3 İyun 2013, 11:28

"Azadlıq" radiosunun hazırda İstanbulda olan reportyoru Abbas Atilay şəhərin Beşiktaş bölgəsində polis qüvvələri ilə aksiya iştirakçıları arasında gedən qovğada yaralanıb. "Musavat.com"un yazdığına görə, bu barədə reportyorla birlikdə olan "Yeni Müsavat"ın əməkdaşı Fərahim İlqaroğlu xəbər verib. 

Reportyorun verdiyi xəbərə görə, A.Atilay əlindən xəsarət alıb, sınıqlar var. Azərbaycanlı reportyorlar dərhal həmkarlarına dəstək olublar, onu klinikaya apararaq, müalicə olunmasına şərait yaradıblar.

Türkiyədə baş verən xalq üsyanını işıqlandırmaq üçün qardaş ölkəyə ezam olunmuş "Yeni Müsavat"ın əməkdaşı Fərahim İlqaroğlu da qaz zəhərlənməsinə məruz qalıb.


Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi