Modern.az

Məşhur rejissorun filmi 7 mükafat qazandı 

Məşhur rejissorun filmi 7 mükafat qazandı 

20 Fevral 2023, 10:10

Almaniyalı Edvard Bergerin rejissoru olduğu “Qərb cəbhəsində təbəddülat yoxdur" filmi Britaniya Kino və Televiziya Sənətləri Akademiyasında (BAFTA) 7 mükafata layiq görülüb.

 

Modern.az xəbər verir ki, mükafatların təqdimetmə mərasimi fevralın 19-da Londondakı "Royal Festival Hall"da baş tutub.

 

Erix Remarkın eyniadlı romanı əsasında çəkilmiş dram "Ən yaxşı film", “Ən yaxşı xarici film”, “Ən yaxşı uyğunlaşdırılmış ssenari”, “Ən yaxşı səs”, “Ən yaxşı film musiqisi” və “Ən yaxşı operator işi” nominasiyalarını qazanıb.

 

Bergerin özünə isə filmə görə "Ən yaxşı rejissor" mükafatı verilib. Birinci dünya müharibəsinin dəhşətlərindən bəhs edən film “Oskar"da ən yaxşı xarici film nominasiyasına namizəddir.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir