Modern.az

Azərbaycan Ərbildə Baş Konsulluq açmağa HAZIRLAŞIR

Azərbaycan Ərbildə Baş Konsulluq açmağa HAZIRLAŞIR

Aktual

20 Fevral 2023, 11:45

Azərbaycan İraqın şimalında yerləşən Ərbil şəhərində Baş Konsulluq açmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə İraq Kürdüstan Regionunun başçısının rəsmi saytında məlumat yayılıb.

 

Bildirilir ki, konsulluğun açılması Azərbaycan Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü zamanı müzakirə edilib.

 

Xatırladaq ki, görüş Almaniyanın Münhen şəhərində baş tutub. Prezident İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

Bu xəbər ilə bağlı
İlham Əliyev Bərzanini Azərbaycana dəvət etdi - YENİLƏNİB
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım