Modern.az

Parlament növbədənkənar sessiyasının ilk iclasını təyin etdi

Parlament növbədənkənar sessiyasının ilk iclasını təyin etdi

Parlament

3 İyun 2013, 13:14
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının vaxtı məlum olub. Modern.az saytı xəbər verir ki, parlamentin növbədənkənar sessiyasının ilk iclası iyunun 13-də olacaq. İclasın vaxtı məlum olsa da, gündəlik barədə məlumat yoxdur. 

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası may ayında bitib. Lakin yaz sessiyasının son iclasında, mayın 31-də deputatlar növbədənkənar sessiyanın keçirilməsi ilə bağlı müraciət ediblər. 90 deputatın müraciəti nəzərə alınaraq iyun ayında Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi parlament rəhbərliyi tərəfindən qəbul edilib.  

Aytən ƏLİYEVA  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...