Modern.az

17 Azərbaycan vətəndaşı İrana gəlin GEDİB

17 Azərbaycan vətəndaşı İrana gəlin GEDİB

20 Fevral 2023, 16:58

Azərbaycanın İrandakı səfirliyinə hücumdan xeyli vaxt ötür. İki ölkə arasında münasibətlər gərgin olaraq qalır.

Prezident İlham Əliyev İran hakimiyyətini yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücumda əli olmaqda ittiham edib:

"Biz şəffaf araşdırma tələb edirik. Terrorçunun hücumdan sonra İran KİV-lərinə müsahibələr verməsi onun rəsmi dairələrin nümayəndələri ilə əlaqəli olduğunu göstərir”.

Azərbaycan prezidenti bu bəyanatı Münhen Təhlükəsizlik Konfransı zamanı jurnalistlərin suallarını cavablandırarkən verib.

İlham Əliyev İran hakimiyyətinin təhqiqat aparmalı və təkcə terrorçunu yox, həm də “onu göndərən həmin rəsmi dairələrin nümayəndələrini cəzalandırmalı” olduğunu bildirib.

Prezident Əliyevin sözlərinə görə bunsuz İranla münasibətlərin normallaşması mümkün deyil.

Tehranda Azərbaycan səfirliyinə silahlı basqın Azərbaycanın cənub bölgəsində də müzakirə edilməkdədir. Bir çox sakinlər bir nəfərin həlak olması və iki nəfərin yaralanması ilə nəticələnən həmin hadisəni İranın Azərbaycanla bağlı yürütdüyü siyasətin məntiqi nəticəsi kimi görürlər.

Modern.az xəbər verir ki, İranla sərhəddə yerləşən Astara şəhərinin sakini, ictimai fəal Asən Həşimli “Azadlıq” radiosuna deyib ki, qonşu ölkə Azərbaycanla münasibəti dəyişməlidir: 

"İran həmişə bizdən xeyir görüb. İldə 1 milyon vətəndaşımız İrana gedirdi, orada pul xərcləyirdilər. İranın sərhəd şəhərləri Azərbaycanın hesabına inkişaf edib".

O, eyni zamanda, qeyd edir ki, İran Astarasının əhalisi ilə Azərbaycan Astarasının əhalisi arasında qohumluq əlaqələri də var. Onun sözlərinə görə,  görə, təkcə Astara rayonundan 17 Azərbaycan vətəndaşı İrana gəlin gedib.
 

Bu il yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin rəisi həlak olub, iki əməkdaş isə yaralanıb. Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyində çalışanlar təxliyə ediliblər. Ondan bir gün əvvəl, yanvarın 28-də isə İran prezidenti İbrahim Rəisi prezident İlham Əliyevə zəng edərək həmin olayla bağlı başsağlığı verib. Rəisi həmçinin bəyan edib ki, "İran və Azərbaycan hökumətləri iki xalqın münasibətlərinin bədxahlarının təsiri altına düşməsinə imkan verməyəcəklər". Rəisinin sözlərinə görə, cinayət hərtərəfli və tam araşdırılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi