“Real Madrid” futbol klubunun fəxri prezidenti Amansio vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, 83 yaşında dünyasını dəyişib.
Amansio “Real”ın heyətində 9 dəfə İspaniya çempionu olub. İspaniya yığmasının heyətində 42 matçda çıxış edən Amansio 1964-cü il Avropa çempionatının qalibi olub.
O, 2 oktyabr 2022-ci il tarixindən “Real”ın fəxri prezidenti idi.