Türkiyə prezidenti Abdullah Gül Taksim olaylarına münasibət bildirib. Bu gün jurnalistlər qarşısına çıxan Türkiyə prezidenti bildirib ki, lazımi tədbirlər görüləcək.
Modern.az-ın türk mətbuatına istinadən xəbər verir ki, prezident açıqlamasında deyib: “Demokratiya sadəcə seçim deyil. Yaxşı niyyətli mesajlar alınıb. Nə lazımdırsa ediləcək”. Prezident onu da qeyd edib ki, hamımızın edə biləcəyimiz ən böyük köməklik qaydalara riayət etmək, təxribatlara uymamaq və zərər verməmək olmalıdır.
Etirazların barış yolu sülhdən keçir deyən Abdullah Gül qeyd edib ki, bu kimi kütləvi hadisələrdə qeyri-leqal qruplaşmalar hadisələri istədikləri məcraya yönəldirlər:
“Bu hadisələrdən sonra diqqətli olmalıyıq. Xoş niyyətli mesajlar alındı. Lazım olan işlər görüləcək. Bu ölkə hamımıza məxsusdur. Odur ki, ona hamımız sahib çıxmalıyıq”.
Gültəkin Ələsgər