Modern.az

Putinə kimlər qulaq asmadı? - Sobyanindən Gerasimova...

Putinə kimlər qulaq asmadı? - Sobyanindən Gerasimova...

Dünya

21 Fevral 2023, 16:24

Moskva şəhərinin meri Sergey Sobyanin xəstəliyi səbəbindən Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə illik müraciətində iştirak etməyib.

 

Modern.az xəbər verir ki, bu barədə “Layout” Moskva administrasiyasındakı mənbəyə istinadən bildirib.

 

Həmçinin Krımın rəhbəri Sergey Aksyonovun iştirak etməməsinə də diqqət çəkilib.

 

"Bir gün əvvəl o və Çeçenistan rəhbəri Ramzan Kadırov Müdafiə Nazirliyi ilə münaqişədə "Vaqner"i dəstəkləyiblər. Kadırov da mesajın oxunmasında iştirak etməyib. Məlumata görə, fevralın 17-də Çeçenistan rəhbəri Kadırovun şəxsi təyyarəsi Əbu-Dabiyə uçub. Deyilənə görə, təyyarə hələ də BƏƏ-nin paytaxtındadır. Kadırovun təyyarəsi mütəmadi olaraq BƏƏ-yə uçur", - deyə qeyd olunub.

 

O da vurğulanıb ki, yayım zamanı operatorlar baş qərargah rəisi Valeri Gerasimov və onun müavini Sergey Surovikinin zalda olmasını göstərməyiblər.

 

Qeyd edək ki,  Rusiya prezidentinin çıxışı 2 saata yaxın davam edib. O, əsasən Ukrayna ilə müharibədən, Qərblə münasibətlərdən, hərbi məsələlərdən, habelə təhsil, mədəniyyət və sosial-iqtisadi mövzulardan danışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu