Modern.az

“Neftçi”nin sabiq prezidenti “Roma”nın oyununa təyinat aldı

“Neftçi”nin sabiq prezidenti “Roma”nın oyununa təyinat aldı

İdman

21 Fevral 2023, 16:16

"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.

 

Modern.az-ın məlumatına görə, o, İtaliyada "Roma" və Avstriya "Zaltsburq"u arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.

 

Qeyd edək ki, fevralın 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk görüşdə Avstriya təmsilçisi mininal hesablı qələbə qazanıb - 1:0. Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi