Modern.az

Əli İnsanov artıq vəkillə də görüşmür

Əli İnsanov artıq vəkillə də görüşmür

Təhsil

3 İyun 2013, 17:06

Həbsdə olmasına baxmayaraq zaman-zaman verdiyi mesajlarla siyasi müstəvidə böyük səs-küy yaradan sabiq səhiyyə naziri Əli İnsanovdan nədənsə son zamanlar xəbər yoxdur. Ehtiyac duyduqca həbsdən açıqlamalar göndərən eks-nazirin seçkilər ərəfəsində susması maraq doğurur.

Bir vaxtlar səhhətində ciddi problemlərin olduğu bildirilən eks-nazir son vaxtlar vəkili ilə də görüşmür. Bu haqda məlumatı Modern.az-a vəkil Toğrul Babayev özü təsdiqləyib.

Bir neçə aydır ki, Əli İnsanovla görüşmədiyini deyən vəkil ondan xəbərsiz olduğunu bildirib.

“Əli İnsanovla çoxdandır görüşmürəm. Ona görə də hazırda onun necə olduğunu deyə bilmərəm. Lazım olanda görüşəcəyik. Bu haqda mətbuata açıqlama verəcəm”-deyə vəkil vurğulayıb.

“Əli İnsanovla nə üçün görüşmürsünüz”-deyə sualına vəkil cavab verməkdən imtina edərək lazım gələndə görüşəcəyini deyib.

Bəzi məlumatlarda bildirilir ki, Əli İnsanov vəkilinə xüsusi tapşırıq verərək mətbuata açıqlamalarında ehtiyatlı olmağı, hətta mümkün qədər mediadan uzaq durmağı tapşırıb.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.
2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ə.İnsanov hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Anar RÜSTƏMOV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama