Modern.az

Hatayda yenə ZƏLZƏLƏ oldu

Hatayda yenə ZƏLZƏLƏ oldu

Hadisə

21 Fevral 2023, 20:31

Türkiyənin Hatay bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, zəlzələ yerli vaxtla saat 19:06-da Hatayın Samandağ hissəsində qeydə alınıb.

 

Yeraltı təkanlar 7 kilometr dərinlikdə baş verib.

 

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların 400 kilometrdən artıq məsafədə - Livan, Suriya, Kipr, Suriya və İsraildə, ümumilikdə 30 milyondan çox insanın yaşadığı geniş ərazidə hiss edildiyi bildirilib.

 

Dünən Hatayda baş vermiş zəlzələ nəticəsində 6 nəfər həlak olub, 294 nəfər xəsarət alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu