Modern.az

Çempionlar Liqası: 1/8 finalda ilk oyunlara yekun vurulur

Çempionlar Liqası: 1/8 finalda ilk oyunlara yekun vurulur

İdman

22 Fevral 2023, 08:48

Fevralın 22-də UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyunlara yekun vurulacaq.

 

Modern.az xəbər verir ki, bu gün İngiltərənin “Mançester Siti” klubu Almaniyada “Leyptsiq”in qonağı olacaq. Görüşü Niderlanddan olan Türkiyə əsilli Serdar Gözübüyük idarə edəcək.

 

Digər oyun İtaliyada “İnter” və Portuqaliyanın “Portu” komandası arasında keçiriləcək. Matçın baş hakimi serbiyalı Srcan Yovanoviç olacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Xatırladaq ki, 1/8 final finalın əvvəlki oyunlarında “Milan” İtaliyada İngiltərənin “Tottenhem”, Almaniyanın “Bavariya” klubu Fransanın PSJ, Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Çelsi" komandasına 1:0, Portuqaliya "Benfika"sı isə Belçikada "Brügge"yə 2:0 hesabı ilə qalib gəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!