“İrəli” İctimai Birliyinin ofisinə naməlum şəxslər hücum edərək birliyin yerləşdiyi binanı yumurta “atəşinə” tutublar. Modern.az-ın məlumatına görə, bu barədə “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib.
R.Mərdiyevin sözlərinə görə, ofisə yumurta atanların kimliyi bəlli deyil:
“Az öncə maskali naməlum şəxslər ÍRƏLÍ ofisinin binasına yumurta atıblar. Təəccüb içindəyik. Bəzilərinə görə sözlər bitəndə yumurtalar danışır”-deyə R.Mərdiyev bildirib.
A.RÜSTƏMOV